Diqqət, diqqət! Növbəti qatar Xankəndinə yola düşür… – Elnur Uğur Abdıyev…

***
Diqqət, diqqət!
Növbəti qatar Xankəndinə yola düşür.
Qatarda yol yoldaşınızdır,
Duyğuların sevgi səsi,
Ümidlərin dönüşü.
Biletləri kassadan əldə edin.
O günü görəcəyim gün
Çox uzaqda deyil.
Gözəl qız,
Mənə bir yox, iki bilet, qadan alım!
Çoxdankı arzumu da aparacağam özümlə.
İstəmirəm
Bakıdan- Xankəndinədək danlaqda qalım.
Mümkünsə mənə
İki bilet hazır elə.
Orda
Neçə illik həsrətimlə qol- boyun olacağam.
Bilmək olmaz bəlkə də gedib- qayıtmayacağam.
Kitablardan oxuduğum,
Şəkillərdən gördüyüm bu şəhərə
Sən bilsən məni necə çəkir arzularım.
Bu arzumu çin elə, Tanrım!
Elnur Uğur Abdıyev
Müstəqil.Az
Share:

Author: admin