“Həsrətini çəkdiyim torpaq ətri götür ,gəl, Qoxuna qurban olum…” – Zərrintac Teymur

***
Aldığım hər nəfəsdə,duyduğum hər səsdəsən,
Bir ” yaxşıyam” sözünə can verərəm, istə sən.
Başını qoluma qoy yuxu görmək istəsən,
Yuxuna qurban olum.
***
Bizə yer də maneə,bizə göy də düşməndi,
Bir qovuşa bilmədik, yenə ayrılıq gəldi.
Varlığın yoxluğunun qorxusuna bələndi,
Yoxuna qurban olum.
***
“Yaşanmır,ömür” dedin,susdum,olmadım əngəl,
Vətən məndən çox sevdi, çəkdi qoynuna səngər.
Həsrətini çəkdiyim torpaq ətri götür ,gəl,
Qoxuna qurban olum.
Zərrintac Teymur
Müstəqil.Az
Share: