Ermənistan söyərək, Mingəçevirə ballistik raket atdı – Video

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı “Skad” (SCUD) ballistik raketini buraxıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – PA rəsmisi qeyd edib.

eyd edib.

Müstəqil.Az

Share: