Türkiyədə avtobuslarda “Can Azərbaycan” yazısı – FOTO

Türkiyənin Aydın vilayətində Azərbaycana dəstək nümayiş etdirilib.

Aydın şəhərinin Bələdiyyə binasında qardaş Türkiyənin və Azərbaycanın bayraqları yanaşı asılıb.

Eyni zamanda, avtobusların lövhəsində “Can Azərbaycan” yazısı da diqqət çəkir.

Şəhərin müxtəlif hissələrində Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması ilə qardaş ölkədən dövlətimizə dostluq mesajı göndərilib.

 

Share: