İlham Əliyev Ruhaniyə erməni təxribatından danışdı

Sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb.

Müstəqil.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığında bildirib.

“Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib”, – İ.Əliyev qeyd edib.

Müstəqil.Az 

Share: