“Azərbaycan məsələni döyüş meydanında həll etmək istəyirsə, yanında olacağıq…”

Çavuşoğlu:İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilə bilməz

“Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Azərbaycan məsələni döyüş meydanında həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilsin?”, – nazir vurğulayıb.

Türkiyənin XİN başçısı vurğulayıb ki, Azərbaycan bu günədək çox səbir edib: “Bu böyük bir travmadır. Hər kəs evinə qayıtmaq istəyir. Azərbaycan həm mənəvi, həm də hüquqi cəhətdən haqlıdır. Bütün beynəlxalq ictimaiyyətin Ukraynada olduğu kimi Azərbaycanı da dəstəkləməsini gözləyirik”.

Share: