Məni bağışlayanım… – Rəfail Tağızadə yazır

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Məni bağışlayanım

 

İnsan doğulduğu yerin qoxusunu ən çox valideynlərindən alır.

Gördüyü ilk insan onlar olur. Körpəliyi, ilk addımı onlarla atır. İlk sevinc onların üzündən yaddaşına hopur. Ağ vərəqə yazılan ilk yazı kimi. İlk kəlməsi onlarla başlayır. Onlarla gülümsəyir. İlk doğmalığı, mehribanlığı onlardan alır.

Bəlkə odur ananı-atanı insana sevdirən. Doğmalaşdıran. Unudulmaz edən. Ən çətin günündə onları xatırlayırsan. İtirdikcə hər şeyini itirmiş kimi olursan. Arxanı, güvənini…

Hətta yoxluğundan da nələrsə istəyirsən. Bircə dəfə görmək üçün hər şeyindən keçərsən.

 

Özüm baba ola-ola mənə hərdən uşaqlığımı yaşamaq imkanı verən, bir az da ərköyünləşdirən atamla kəndimizə onunla söhbətdə gedə bilirdim. Asta, xırda addımlarla. Bu dəfə yerişimizi dəyişmişdik.

Mehribanlıq, xeyirxahlıq, dəyər, kiməsə əziyyət vermək istəməmək, nəsə ummamaq… o, insanlarda qaldı.

Hər dəfə atamın üzünü qırxıb qurtarandan sonra “əziyyət çəkdin” –deyirdi.  “Sənin üçün nəyisə etmək, bilsən mənimçün necə xoşdur, özümü nə qədər rahat hiss edirəm…”, desəm də, “vaxtın getdi” –söyləyirdi.

Anam da eləydi. Kiməsə əziyyət verməzdi. Hətta uşaqlarına da.

Üzünün ifadəsində daxili rahatlığını hiss edirdim. Hər  halda böyük həvəslə ona olan övlad qulluğunu dəyərləndirməyi unutmurdu.

Bilmirəm, bəlkə də anasızlığımı hiss etdirməmək qayğısını da öz üzərinə götürdüyündən idi, bunlar. Amma həmişə elə idi.

Anam mənə təkcə anasızlığı yox, həm də yurdsuzluğu daddırdığından atamla daha çox yurddan – kəndimizdən, evimizdən danışırdıq.

 

Evimizin yanındakı təpədən həyətə baxırdıq. Ağaclar o baxışlarla gecələr xəlbətcə yarpaqlayırdı. Güllər bir gecəlik açırdı. Evimiz yerdən təzədən boy atırdı. Həyətimizdə həyat davam edirdi. Qonşuların, qohumların, kənd adamlarının adları çəkildikcə ruhları oyanırdı. Kənddə canlanma yaranırdı.

Hər şey oralarda qaldı. Hər şey onlarla getdi. Səmimiyyət də, doğmalıq da, mərdlik də, bağlılıq da, torpağa, insana olan müqəddəs sevgi də.

 

Bu söhbətlər atamın kənddəki illərin yaddaşını oyadırdı. Yadında ən çox qalan onlar idi. Operativ – yaxın yaddaşı zəifləmişdi.

Biz sonra kimlərlə qayıdacağıq o yerlərə? O vaxta kimi özümüz kimi  xatirələrimiz də solacaq. Yoxluqlar olanları unutdurur. Yoxluğun da üzü torpaq kimi soyuq olur.

 

Son vaxtlar atamla görüşəndən sonra onun kimi dolurdum. Atam anamın yoxluğundan sonra çox yaşlaşdı. Kəndimizin, evimizin, uşaqlığımın qoxusunu ondan aldığımdam atamı daha çox qoxlayırdım.

Nə qədər ürək-dirək versəm də, məni hər görəndə, hər ayrılanda kövrəlirdi. Məni də kövrəldirdi.

Bir gün getməsəm “gec gəldin” –deyirdi. Deyirdim, dünən gəlmişdim. Unudurdu. Yaddaşım korlanıb deyəsən, deyirdi. İndi hamımızın yaddaşı o gündədir, deyib sakitləşdirirdim. “Səndən daha çox  umuram” –söyləyirdi. Bir gün zəng eləməsəm narahat olurdu. Əvvəllər özü də zəng edərdi.

Diqqətə daha çox ehtiyacı vardı. Darıxırdı. Yaşlı adamlar onu yoxlamağa gələnlərin tez getməsini istəmir. Sən də anladığından onu daha çox danışdırmaq, səsini daha çox duymaq istəyirsən. Bəlkə də bunlar hər görüşün son görüş ola biləcəyi düşüncəsindən, itirmək qorxusundandır. Bəlkə də…

 

Hər gedəndə, “getmə, qal, gecdir” deyirdi.

Son aylar yanında qalmalı, gecələməli olduq. Nə qədər çalışsaq da, çəkdiyi əziyyətin mində birini ödəyə bilmədik. Mümkünsüzdü.

 

Adam hərdən bütün bunlara baxıb, “Yaradan sevdiklərini istədiyi vaxt sorğusuz-sualsız bizdən alır. Həyata bax…” –deyir, öz-özünə.

 

Atamdan sonra bütün ölümlər mənimçün adiləşdi.

Atamdan sonra anamı bir daha itirmiş oldum.

Məni Qarabağa aparacaq yolun biri də qırıldı. Hər gün bayır qapısını açıb:“Məni evimə, yurduma, Qarabağa apar. Ya da qoy özüm gedim” deyən 90 yaşlı atamın istəkləri qarşısında aciz, gücsüz qalıb için-için ağlayanda, qovrulanda düşmənə nifrətim min qat artırdı. Bəlkə də düşmənə hələ bu qədər nifrət etməmişdim.

Atanın son arzusunu yerinə yetirməyən, yetirə bilməyən, yox olmuş övladın nələr yaşadığını təsvir etməyə ehtiyac yoxdur. Yox olmuş adamı necə təsvir edəsən?!

Dərd də gələndə batmanla gəlir.

 

Atalar günündə səninlə bağlı heç nə paylaşmadım. Səninçün yazası olduğum yazını yaza bilməmişdim. Yəqin o yoxluğu hələ tam hiss edə bilmirəm. Hər şey istidi. Hələ də yanımdasan. Evdəsən…

Hələ də məni görərkən gülümsəyib qollarını açırsan. Qucağına sığınıram. Doğma qucağın istiliyi məni xumarlandırır.

 

Övladdan, nəvədən əvvəl atam var deyirdim. Sən mənim dayağımdın. Yoxluğun sarsıtdı, təklədi məni. Kimsəsizləşdim. Yoxluğunla çox şeyi itirdim. Keçmişimi, qayğısızlığımı, huzurumu. Daha bilməyib deyib, kim bağışlayacaq məni? Səhvimin üstündən kim keçəcək? Heç kim. Hamı sən səhv etməməliydin deyəcək. Günahımı Yaradandan başqa bağışlayan olmayacaq.

Atasız, anasız yaşamaq nə yaman ağırmış…

Üstünə gedəcəyim kimsə yox.

Hamı üstümə gəlir, ATA!

Uşaqlar, nəvələr…

 

Övlad sevgisi bizə səndən keçdi. Sənin qədər övladı sevən ata görmədik.

 

İnanıram ki, şad olan ruhun indi kəndimizi dolaşır. Kol-kos basmış yollarla, izi itmiş cığırlarla əvvəlki addımlarla addımlayır. Yurd, vətən sevgisiylə…

 

Atama

 

Soldu uşağlığın o son bənizi.

Bu da son ayrılıq, uzun bir həsrət.

Kimin yaddaşında nə qaldı, bilməm.

Mənim yaddaşımda ən son sükunət.

 

Səssiz otaqların divarları lal.

Nə kövrək baxış var, nə də ki, bir səs.

Bu boş otaqların havası hanı?

Qeybəmi çəkildi sonuncu nəfəs?

 

Neylədim, bu dəfə dinmədin. Susdun.

Daha mən halını bilməyəcəyəm.

Alıb əllərini alıb əlimə,

əlindən, üzündən öpməyəcəyəm.

 

Bu da bir gəlişdi. Gəldi son gecə.

Son divar uçuldu, son dayaq itdi.

Səhrada dolaşan sərsər kimiyəm.

Arxamda kim qaldı? Güvəncim bitdi

 

Rəfail Tağızadə

25.06.2020

162 baxılıb
Paylaş
mersin escort