Dağıstanda qalan azərbaycanlıların vəziyyəti… – VİDEO

Dağıstanda çadır şəhərciyində saxlanılan azərbaycanlıların bütün zəruri ehtiyacları ödənilir

Koronavirusla bağlı Dağıstanda da vəziyyət elə də ürək açan deyil. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstan sərhədinə toplanırlar. Bu isə onların həyatları üçün təhlükə hesab edilir.

Müstəqil.Az Visiontv.az-a istinadla  xəbər verir ki, Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Qasanbekov bildirib ki, sərhəddə yaranan problem qısa müddət ərzində öz həllini tapacaq: “Yaranmış vəziyyət Dağıstan Respublikasının rəhbərliyinin nəzarəti altındadır. Azərbaycan vətəndaşlarının problemi ilə bağlı müvafiq qurumlar məşğul olurlar. Bununla yanaşı Dərbənddə çadır şəhərciyində saxlanılan azərbaycanlıların bütün zəruri ehtiyyacları ödənilir.

Onların mərhələli şəkildə sərhədi keçmələri üçün bütün zəruri addımlar atılır və yaxın günlərdə bu problem öz həllini tapacaq”.

 

Müstəqil.Az

Share: