Sən ölməmisən ki səni ağlayım, Eh…ölən mənəm ey…mənəm, ay Şuşa!

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Nəcibə İLKİNin  ŞUŞA fəryadı

AY ŞUŞA

Sən ölməmisən ki səni ağlıyım,
Eh…ölən mənəm ey…mənəm, ay Şuşa!
Dəlidək sinənə çəkilən dağdan,
Eh…gülən mənəm ey…mənəm, ay Şuşa!

Qara yaylığımı başına sürtüb,
Yanan gözlərinin yaşına sürtüb,
Torpağına sürtüb, daşına sürtüb,
Eh…silən mən ey…mənəm, ay Şuşa!

Qayana dırmaşıb, dağına çıxan,
Varına yol alb, yoxuna çıxan,
Gözündə dağ boyda ildırım çaxan,
Eh…dolan mənəm ey…mənəm, ay Şuşa!

Elə kəsibdi ki dərd əllərimi,
Yalanın boş qoyub könüllərimi,
Həsrətdən hörülən ağ tellərimi,
Eh…yolan mənəm ey…mənəm, ay Şuşa!

Bir xarıbülbüləm, naləm, ahım çox,
Qaranlıq gecəyəm, yox, sabahım yox,
Yol çəkən gözlərim intizardan tox,
Eh…bilən mənəm eyy.. mənəm, ay Şuşa!

“Qırmızı koftalı, yaşıl tumanlı”,
Dərdindən olmuşam başı dumanlı,
El-oba haraylı, qadalı- qanlı,
Eh…yalan mənəm eyy… mənəm ay Şuşa!

Düzüb sinəm üstə hər cür şəklini,
Bir tabut düzəltdim, qəmdən əklini,
Çıx “Cıdır düzü”nə qarşıla məni,
Bu gələn mənəm eyy…mənəm ay Şuşa!

25.05.20.

171 baxılıb
mersin escort