Hamiləlikdə əsəb və stress

Hamiləlik zamanı gərginlik keçirmək hamiləliyin 17-ci həftəsindən etibarən körpənin beyin inkişafına təsir edir. Hamiləlik zamanı yaşanan stress halları həm ananın, həm də körpənin inkişafına mənfi təsir göstərir.  Mütəmafi olaraq yaşanan stress ciftin quruluşunda bir sıra dəyişikliklərə gətirib çıxarır ki, bu da körpənin görmə qabiliyyətinə də təsir edir.

Stress uşağın ölü doğulmasına səbəb olur

Hamilə qadının stress keçirməyi bətndəki körpənin beyin funksiyalarına və davranışlarına təsir edir. Digər bir araşdırmlar nəticəsində məlum olub ki, hamiləlik dönəmində gərginliklər keçirən ananın körpəsi sonradan hiperaktiv olur, onda davranış və hissi pozuqluqlar yaranır.  Bununla yanaşı, yaşanan gərginlik uşağın ölü doğulması riskini artırır.

Vaxtından əvvəl doğumun səbəbi

8719 hamilə ananın üzərində aparılan iki fərqli müşahidələrə əsasən, 30 həftə dalbadal stress yaşayan qadıların vaxtından tez doğum keçirəcəkləri qeydə alınıb. Birinci araşdırmada erkən doğumun 34-cü, ikinci araşdırmada isə 37-ci həftədə olacağı müəyyənləşdirilib və bu qeydlər demək olar ki, özünü doğruldub.

Buna görə də hamiləlik zamanı bacardıqca stress yaradan hadisələrdən uzaq olmalı və gərginliyi özünüzdən tamamilə uzaqlaşdırmalısınız.

Stresdən uzaq durmaq üçün  

Stresi azaltmaq üçün yaşam tərzinizi dəyişə, ya da sizə gərginlik gətirən halları birdəfəlik həll edə bilərsiniz. Əgər işləyirsinizsə, o zaman yaşam tərzinizi bir qədər dəyişməlisiniz. Hamiləlik dövrü irəlilədikcə sizdə fiziki narahatlıqlar da başlayacaq. Ona görə də bu dövrü rahat şəraitdə keçirməyiniz məsləhətdir. Düzgün qidalanın və hamilələr üçün məşqlərə müraciət edin. Ən əsası da odur ki, məşqlər düzgün seçilsin. Buna görə də mütəxəssisə müraciət edin.

Özünüzə zaman ayırın. Sakit və rahat bir mühitdə dincəlin. Bununla yanaşı, mütəmadi olaraq nəfəs məşqləri edin. Bu məşqlərin sizin üçün çox böyük faydası olacaqdır. Gecələri rahat yata bilməsəniz, bu zaman yatmamışdan əvvəl rahatlama hərəkətləri edin. Siz hamiləlik dönəmini nə qədər gözəl və sağlam bir şəkildə keçirsəniz, körpəniz də bir o qədər sağlam dünyaya gələcəkdir. Unutmayın ki, körpənizin gələcəyi sizin əlinizdədir.

Xəyalə Məmmədova 

Nevroloq, Uşaq nevroloqu
KEPRO Estetik ve Antiage Klinikası
Ünvan: Həsənoğlu küçəsi 13.

Bakı Tehran Tibb Mərkəzi
Ünvan: Azadlıq prospekti 192 B.

Mobil: (+994) 50 458-60-05

Share: