Qazaxda məktəblilər arasında dava düşüb

Qazax rayonunda məktəblilər arasında dava düşüb.

Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb.

Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: