Yardımlıda sahibkarlar üçün treninq keçirilib

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Yardımlı rayonunda sahibkarlar üçün treninq keçirilib.

“Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, marketinq, menecment mövzularını əhatə edən treninqdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, marketinq anlayışı, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılara həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.

Müstəqil.Az

Share: