Saday Şəkərli fransızlara “Vuruş, sözüm”, Azərbaycanlılara “Mən səndən ayrılmazdım” dedi…

Saday Şəkərli  fransızlara “Vuruş, sözüm”, Azərbaycanlılara “Mən səndən ayrılmazdım”    dedi…

Tanınmış şair Saday Şəkərlinin bu günlərdə xaricdə iki yeni kitabı nəşr olunub. Nəşrlərdən biri fransız dilində “Vuruş, sözüm”, digəri isə Azərbaycan dilində “Mən səndən ayrılmazdım” adlanır.

Saday Şəkərli  fransızlara “Vuruş, sözüm”, Azərbaycanlılara “Mən səndən ayrılmazdım”    dedi…
Müstəqil.Az bildirir ki, hər iki Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Böyük oxucu sevgisi qzanmış şairin şeirləri zaman keçdikcə özünün oxucu auditoriyasını dahaa da genişləndirir.

Təbii ki, Saday Şəkərlinin poeziyası insan ruhunun incə qatlarına nüfuz edən fəlsəfi düşüncələri, həyat, zaman, sevgi, ayrılıq və vətən mövzularına həssas münasibəti ilə seçilir.
“Mən səndən ayrılmazdım” kitabında toplanan şeirlərdə ruhun dünya ilə sakit və səmimi söhbəti duyulur.
Fransız dilində nəşr olunan “Vuruş, sözüm” kitabı isə Saday Şəkərlinin yaradıcılığının beynəlxalq oxucu auditoriyasına təqdim olunması baxımından əhəmiyyətli hadisədir. Nəşr Azərbaycan poeziyasının xaricdə tanıdılmasına və ölkəmizin ədəbi dəyərlərinin təbliğinə xidmət edir.


Hər iki kitab müəllifin zəngin poetik dünyasını əks etdirən dəyərli nəşrlər kimi poeziyasevərlərin diqqətini cəlb edir. Saday Şəkərlinin yeni kitabları həm Azərbaycan, həm də xarici oxucular üçün maraqlı ədəbi hadisə hesab olunur.

Müstəqil.Az

 

Share: