1969-cu ilin oktyabr ayının 2-də dünyaya gəlib. İstiqanlı, ədalətli, ünsiyyətcil və etikaya dəyər verən birisidir.
Münasibətlərdə romantik və sadiq bir tərəfdaş olmaqla yanaşı, harmoniyanı qorumaq üçün hər zaman tarazlıq axtarır. Nəzakətli, mədəni və diplomatikdir. İnsanların qəlbini fəth etməyi və ədalətli mühakimə yürütməyi bacarır. Həyatında balansın və dincliyin olmasını istəyir. Tənhalıqdan xoşlanmır və özündən çox tərəfdaşının xoşbəxtliyinə önəm verir. Əməkdaşlığa meyilli olduğu üçün komandada işləməyi sevir. Diplomatiya bacarıqları sayəsində münaqişələri asanlıqla həll edir…
…Qəhrəman Qubadlının Zilanlı kəndindəndir. Bu kənd, XIX əsrdə İrandan Azərbaycana köçüb gələn Hüseyn xan Zilanlının adı ilə bağlıdır. Uzun illər işğal altında olsa da 23 oktyabr 2020-ci ildən azadlığa qovuşub. Bu azadlığın əldə olunmasında onun da sücaətləri olub…
Həftənin dördüncü günü dünyaya gəlib, yəni cümə axşamı. Məhz bu səbəbdən də liderlik bacarıqları, güclü intellekti və yüksək sosial nüfuzu ilə seçilir. Cəmiyyətdə özünəməxsus yeri var, qürurlu, səxavətli və ətrafdakıların hörmətini qazanan şəxsiyyətdir. Yeni ideyalar düşünməkdə və insanları arxasınca aparmaqda çox mahirdir. Qəribə xüsusiyyətləri çoxdur. Onlardan biri də bəsirətə və güclü daxili hissə sahib olmasıdır. Həm də çox böyük insandır. Onun böyüklüyü ondadır ki, ətrafındakılara dəstək olmağı sevir və qəlbinin saflığın qoruyub saxlamağı bacarır…
Adı Bəhruzdur. Bəhruz adı fars dilinə söykənən qədim kişi adlarından biridir. Mənası da “xoşbəxt”, “bəxtəvər”, “uğurlu gün” və ya “yaxşı gün” mənalarını ifadə edir. Əslində, bu sözün kökü farsca beh (yaxşı) və ruz (gün) kəlmələrinin birləşməsindən əmələ gəlib. Soyadı isə Cabbarovdur. Dağ vüqarlı, ağsaqqal təfəkkürlü Musa kişinin oğludur. Polis polkovnikidir…
Onu Sumqayıtdan tanıyıram. Bir vaxlar şəhər Polis İdarəsində istentaq şöbəsinin rəisi olub. Xeyirxah adamdır, necə deyərlər, heç vaxt baş kəsən polis olmayıb. Qanunun aliliyinə, ədalətə, kişiliyə önəm verib. Rəhmətlik dostum Hacı Vidadi ilə möhkəm dost idilər. Sədaqətini, mərdliyini çox görmüşəm…
Polis Gününə saylı günlər qalır. Bu münasibətlə, iç dünyasına bələd olduğum polislər barəsində silsilə söhbətlər aparıram. Bəli, Bəhruz müəllim haqqında danışmaya bilməzdim. Axı, insanlara polisi sevdirən, bu peşəyə başucalığı gətirən polislərdən biri də odur. Qarşıdan gələn bayramı mübarək olsun!
Az qala unutmuşdum, Bəhruz Cabbarov hazırda Qobustan rayon Polis Şöbəsinin rəisidir…
Elman Eldaroğlu






















