Hər həyatın içində bir möcüzə gizlənir

Hər həyatın içində bir möcüzə gizlənir

Yazıstan: “yaddaş kartı”

Bir ananın unutqanlığı səbəbindən uşağının yaddaşında qalacaq yara izini kimsəyə izah edə bilmərəm.
Özümü özümdən uzaqda saxlama səbəbim də məhz buna görədir.
Bir təpədən digərinə- ipi qırılmış çərpələng kimi atılmağımın səbəbini də bununla əlaqələndirirəm. Mən həmişə ağlın dadına baxan hər şeyin bir qədər acı olduğunu düşünmüşəm.
İnsan yalnız ağlına güvənəndə əvvəlcə təmiz suyu çirkləndirir, sonra isə özünü onun aydınlığına inandırır. Və o çirkli suya başqaları nəsə atsa, o insani bir qanuniliklə buna haqq verəcək.
Biz insanlar bir addım geri çəkilib geriyə -öz içimizə baxsaq,orada saysız dalğaların dəfələrlə əzilib dağıldığını görəcəyik.
İllərdir öz içində yığılıb güclənən sükutu sözlərə bölmək çox çətindir.Yalan deyirəm?
Qəlbimizdəki dalğalara baxsaq ağlımızın onları necə kirlətdiyinin şahidi olarıq.
İllərdi içimizdə qərtməkləşən səssizliyi kəlmələrə bölə bilmək çətindir. Çünki,kəlmələr gizləndikləri səssizlik içində bizi parçalamaq üçün deyil, bir könüldən başqa birinə çevrilmənin,toparlana bilmənin aydınlığı üçün var.
Hə ,bir də ki,göz yaşlarının qəlbə məxsus öz dili var.Ürək nələrlə yüklüdürsə, onu ürək sahibindən başqa kimsə bilməz. Baxışın məna hünərini itirdiyi günlər geri gələndə sözlər havada yoxa çıxmağa başlayar.Gözlər həmişə eyni divarın arxasından baxar. Qəlbdən qəlbə gedən yoldan yeriməyə kim könüllüdür?
Bir şarf və dəsmal şəkili ola bilər
Daha nə sualın, nə cavabın səsi var.Həyat içimizdən səssiz bir düşüncə kimi keçir.
Bir ömrün fləşkartı kimi: İçində hüznlər, sancı verən gözləmələr, boşa çıxan ümidlər, itirilmiş zaman. Bir dəfə düşdüsə qəlbə, yaddaşına kopyalanar.
Sözə tökülərmi kədərin xatirəsi? Sözə tökülsə belə, içimizdən silinərmi izi, yaddaşın kölgəsi ?!
Onu bilirəm ki, qəlbimizdən uzaq düşənlərin qəlbini üfürən, onu yenidən içimizə salan xoşbəxt bir nəfəsi var.
Deyək ki, mahiyyət ləkələnmədiyi, cövhər qaralmadığı müddətdə hər həyatın içində bir möcüzə gizlənir.
Banu Muharrem

Share: