Kimsənin sığmadığı ürəyimə sığırdı. Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.

Kimsənin sığmadığı ürəyimə sığırdı. Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.

Banu Muharrem

Özümdən yıxılanda bircə kömək olmur heç.
Bax , necə də, izinsiz ürəyimdən keçirsən…!
Səni yol-yol axtaran gözümdən də özün keç.
Məsələ onda deyil.
Bir xəyal qurduğumda tökülür qırıqları.
Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə;
məni məğrur gəzdirir qəlbimin sınıqları.
Məsələ o da deyil.
Bəzən bir məqam gəlir, ölüm qurtuluş olur.
Gecələrin birində sözünü tanımırsan.
Çox gəlirsən özünə; dözüm ‘qurd işi’ olur.
Onda ‘məsələ deyil’.
Qış düşmüş çiyinlərə sevgi ayrı dərd olur.
Məzarlıqda bilirsən bütün çarəsizliyi.
Sevdiyin kəs anlamır məsələ o, həll odur.
Məsələ ‘o’nda deyil.
Kimsənin sığmadığı ürəyimə sığırdı.
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur o’na. Cavab yenə sıfırdı.
Məsələ 10-da deyil.

Soyun gözlərindən yuxunu

Güvənim şübhədir, dərdim məsafə.
Soruşma “necəyəm?!” Bilmə necəyəm.
Hirsim səssizliyə çevrilib artıq
Açılan səhər də qara gecəyəm.
Ürəyim saattək qurulub sənə.
Mənsizlik yuxudur, dur, itəcəyəm,
Soyun gözlərindən yuxunu, soyun
Bax gör gözlərində saat neçəyəm?!

Cavab yolla, ay Allah!

İşığı axt8arırdıq, lap boğaza yığıldıq
Bu dünyadan əl tutub cinayət törətdilər.
Bir ananın bətnindən ağlamaqla yıxıldıq
Şirin azan səsində cansız ruh göyərtdilər.
.
Bir qübbənin altında birləşmək nə çətinmiş..
Bir quş kimi budaqda ötməyi bacarmadıq.
Öz yalını çanaqdan bölüşdü itlər belə,
Məcburiyyət vurduğu düyünü açammadıq.
.
İçimizdən çox uzaq ziyarətlə tanışdıq.
Ürəklərin sirrini dilə düzmək ar gəldi.
Yalan, yaman içində ibadətdən danışdıq,
dünya: “böyüyəm”- dedi, ölçdük-biçdik, dar gəldi.
.
Hər gün bir daş tulladıq içimizdə şeytana
İçimizdən yaratdıq şeytanın gizlisini.
Özümüzü gizlədib mələk qoyduq meydana,
Heca-heca susdurduq sözlərin sirlisini.
.
Yıxılmağa alışdıq,dönüşdük kimdən kimə?!..
Qənimimiz nədirsə seçib getdik o yolla.
Bilirəm bu dünyadan yıxılmaq var bir himə
O yol da tikanlımı?! Cavab yolla, ay Allah!

Aramızda qalsın Şuşam

Bir 6 nəfər şəkili ola bilər
Həsrətindən illər boyu yatmamışıq,
Səni bir gün qəlbimizdən atmamışıq,
Dirigözlü ölümlərdə batmamışıq,
Yaralıyam ,sənin qədər vurulmuşam
Yaramızda qalsın, Şuşam.
Oğulların şəhid-şəhid daş olubdur,
Gözlərimiz düz otuz il yaş olubdur,
Sənə sevgim hər sevgidən
baş olubdur.
Ürəyimdə heç bir zaman sönməz bu şam,
Aramızda qalsın Şuşam.
.
Havalansın qucağından Xanın səsi,
Dəli köhlən atlarının od nəfəsi,
Qoy bu zəfər, bu qələbə zənguləsi,
Dinsin daim səhər axşam,
Tarımızda qalsın Şuşam.
.
Qızılgülə talib olub, arı, bülbül,
Vətən bağı al-əlvandı, sarı bülbül.
Qönçəyə bax, yarı güldü, yarı bülbül,
Nə xoşbəxtəm, nə bihuşam.
Həsrətimiz nə bülbül, nə
Xarımızda qalsın Şuşam

Gəl 

Mənimçün darıxıb ,dönəsi olsan
Səssiz incikliyi soyunub yey gəl.
Üşü mənsizliyin qaranlığında
boynuna açdığım qucağı gey, gəl.
.
Hicran dağlarına ələnər dolu.
Bixəbər dolaşıb, itirmə yolu.
Sağını unutsan, xatırla solu.
Sevgin dostluğuma yenilsin hey, gəl.
.
Sevdiyin saçımı yola dəli yel,
Bu hüzn qadına biraz bağla bel.
Çöhrəmə sancdığın sevinci tel-tel
doldur bir qədəhə, əlində mey gəl.
.
Tökülsün saçlarım,sınsın dizlərim.
Səhvini aparsın, mənim düzlərim.
Naxoş ürəyimdən çıxan sözlərim
olsun ürəyinə bir qəmli ney, gəl.

Daha o balaca uşaq deyiləm

(Arzusu özündən böyük qızlara həsr etdim.
Qız ataları qızlarını gözəl bilsin deyədir bu şeir.)
De indi hardasan? Hansı şəhərdə?
Hansı uzaqların dostu olmusan
De necə yol tapım, yanına gəlim;
amma deyinmə ki, dəli olmusan ?!
.Bir 1 nəfər və sarı saç şəkili ola bilər
Hansı pencəyini geymisən yenə?
Hansı zəng səslənir telefonunda?
Saçın qarışırmı küləkdə yenə?!
Saatın yatıbmı yenə qolunda ???
.
Sürət qatarları quraşdırılıb
Sənə çatmağıma kömək olarmı?
Sarı tramvaylar şütümür indi.
Ürəyim şütüsə gözün dolarmı?
.
Daha o balaca uşaq deyiləm
Daha gizlətmirəm səni kimsədən.
Nə söhbət açmıram, nə ad çəkmirəm
Atam da anlayır məni gözümdən .
.
O susur, susuram , heç danışmırıq.
Dinləyir yazdığım şeirlərimi
Deyirəm- “maşının köhnəlib, dəyiş”
Çevrilib soruşur: ” şeir səninmi?! “
.
Beləcə sualsız cavablar olur,
Yalandan gülməkdən təngə gəlirəm.
Susqunluq,səssizlik, sükut uzanır
Söhbəti söhbətə tez dəyişirəm.
.
Yenə tramvaylar ağlıma gəlir
Sürət qatarları yarışır bir-bir.
Maşın sürətlənir, külək güclənir
Qırıb əllərimi gözə gətirir.
.
Bütün gün gözlərim yolları gəzir.
Sevgi də ruzidi,Allah yetirir.
Bəlkə əhvalımdan atam da bezib
Qanıma bələyib ,sənə gətirir.

Share: