Cənubi Koreyada prezident seçkiləri keçirilir

Cənubi Koreyada prezident seçkiləri keçirilir

Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

Müstəqil.Az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.

Prezidentliyə namizədlər sırasında ən böyük müxalifətçi Demokratik Partiyanı təmsil edən Li Jae-myung, hakim Xalq Gücü Partiyasının namizədi Kim Mun-Soo, Yeni İslahat Partiyasından Li Cun-Suk, Demokratik Fəhlə Partiyasından Kvon Yonq-quk, eləcə də müstəqil namizədlər – keçmiş baş nazir Hvanq Kyo-ahn və iş adamı Jin Ho Son yer alır.

Milli Seçki Komissiyasının məlumatına əsasən, yerli vaxtla saat 11:00-a olan göstəriciyə görə seçici fəallığı 18,2 faiz təşkil edib və artıq 8 milyondan çox seçici səs verib.

Qeyd edək ki, növbədənkənar seçkilər keçmiş prezident Yoon Suk-Yeolun dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdindən sonra dekabrın 14-də impiçment elan edilməsi nəticəsində keçirilir.

Bu 1948-ci ildən bəri Cənubi Koreyada keçirilən 21-ci prezident seçkisidir.

Müstəqil.Az

 

Share: