“Unudulmayan Qəhramanlar” adlı anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon  təşkilatının və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta  məktəbinin birgə təşkilatçılıgı ilə 29 aprel 2023-çü il tarixində Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə Kəlbəcər rayonunun şəhid Milli Qəhrəmanları polis mayoru Şahlar Şükürov və Sərdar Səfərova həsr olunmuş  “Unudulmayan Qəhramanlar” adlı anım tədbir keçirildi.

Tədbirdə Kəlbəcər rayon  İcra Hakimiyyətinin başçısı  Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət  Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, Yevlax rayon prokuroru Ceyhun Almasov, Dövlət Təhlükəsizlik Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi İlqar Bagırov, Yevlax rayon Təhsil sektorunun müdiri Namidə Abbasova, inqilab Şirinli, EL televiziyasının aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli, RİH-in məsul əməkdaşları iştirak edib.

Açıklama yok.

Tədbirdə İlk öncə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açıklama yok.

Daha sonra Milli Qəhrəmanlarımızın həyatından bəhs edən videoçarx və şagirdlər tərəfindən şəhidlərimizə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Açıklama yok.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Prokuroru Ceyhun Almasov, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova, Yevlax Şəhər 2 nömrəli tam orta məktəbin əməkdar müəllimi Leyla Səlimova və  EL televiziyasının aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli çıxışlarında Milli qəhrəmanlarımızın  həyatı, təhsil illəri və şərəfli döyüş yolu haqqında geniş məlumatlar veriblər. Milli Qəhrəmanlarının tanıdılması məqsədilə təşkil edilən tədbirin təqdirə layiq olduğu qeyd ediblər.

Açıklama yok.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbədən söhbət açılmış, şəhid ailələrinə göstərilən yüksək diqqət və qaygı üçün Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Açıklama yok.

Tədbirin sonunda Yevlax şəhər 2 nömrəli tam orta məktəbin bir neçə müəllimi Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Share: