Hirkan Milli Parkının direktoru saxlanılıb? — Yenilənib

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

Xəbəri rus dilində oxuyun: Задержан ли директор Гирканского национального парка? – Обновлено

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı DİN-in əməkdaşları tərəfindən araşdırma aparılır:

“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.


Share: