Havada həyəcan: Sərnişin təyyarəsi uçuş zamanı parçalanma təhlükəsi ilə üzləşdi

ABŞ-da sərnişin təyyarəsi havada olarkən parçalanma təhlükəsi ilə üzləşib.

Sosial şəbəkələrdə bununla bağlı qorxulu kadrlar paylaşılıb. Videodan görünür ki, uçuş həyata keçirən təyyarədən ətrafa iri qığılcımlar səpələnir.

Dəhşətli hadisə Nyuark şəhərindən (Nyu-Cersi ştatı) San-Pauloya (Braziliya) uçan “Boeing United Airlines”də qeydə alınıb.

Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra onda sözügedən nasazlıq yaranıb. Ancaq xoşbəxtlikdən, hava gəmisi vaxtında təcili eniş etməyi bacarıb.

Məlumata görə, sərnişinlərdən və heyət üzvlərindən heç kim xəsarət almayıb.

Share: