Bakıda 250 minlik oğurluq — 9 nəfər tutuldu

Bakıda 250 000 manatlıq qaz borusu oğurlanıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250 000 manat dəyərində 2 000 metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Share: