Türkiyə Super Liqasında VI tur davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İstanbulda keçirilib.
“Kasımpaşa” öz meydanında “Qalatasaray”la qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar. Bahoken 16-cı dəqiqədə fərqlənib.
Bundan dörd dəqiqə sonra Qomis hesabda tarazlıq yaradıb. İlk hissə 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İkinci hissədə “Qalatasaray” Kərəm Aktürkoğlunun iki qolu ilə hesab arasındakı fərqi artırıb.
Bununla belə, “Kasımpaşa” 90-cı dəqiqədə Sadıkın qolu ilə hesabı minimuma endirib.
Matçda başqa qol olmayınca “Qalatasaray” 3:2 hesablı qələbə qazanıb.