112 nömrəli marşurutu xəstəxanaya kimi gəlməsinə kim mane olur?

Mərdəkanda yerləşən Teymur Quliyev adına Müharibə Veteranları Respublika xəstəxanası əmək və müharibə veteranları üçün ən nümunəvi səhiyyə ocaqlarındandır.

Hər il burada minlərlə xəstə müalicə olunub, sağlamlığına qovuşur. Xəstəxananın yerləşdiyi ərazi, mehriban tibb personajı xəstələrin ürəyincədir. Əvvəllər bura Mərdəkan qəsəbəsinin mərkəzindən 112 nömrəli avtobus işləyirdi. Bu da xəstələrin rahat gəlib-getməsinə şərait yaradırdı. Çox təəssüflər olsun ki, son vaxtlar həmin marşurutun xəstəxanaya kimi gəlməsinə qadağa qoyulub. Bu da xəstələrin haqlı narazılığına səbəb olub.
Ələqadar təşkilatlardan xahiş edirik ki, 112 nömrəli marşurutun heç olmasa xəstəxananın qarşısına kimi gəlməyi təmin etsinlər.

Bir qrup əmək və müharibə veteranları adından,
Nəsrəddin Həsənov,
Əmək veteranı.

Share: