Oleq Bakinski kriminal avtoritet kimi tanınmasından danışdı: “Bir nəfər sübut etsin ki…”

“Bizə verilən idman formasında məşq də edirdik, dərsə də gedirdik. İnsan geyimini özünə ayıb bilməməlidir”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı Əməkdar idman xadimi, iş adamı Oleq Krapivin uşaqlığında yaşadığı çətinliklərdən danışarkən deyib.

“Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 98-ci olan O.Krapivin kriminal avtoritet kimi tanınmasından da bəhs edib.

“Azərbaycanda məni tanıyan bir nəfər sübut etsin ki, kriminal avtoritetəm. Ukraynada, Rusiyada söhbətə getməyimi bunun sübutu saymaq olmaz. Kriminal o adamdır ki, kiminsə evinə girib, kimisə soyub, aldadıb”, – deyə o qeyd edib.

Daha ətraflı süjetdə:

Share: