Türkiyədə dünyada analoqu olmayan yeraltı təbiət muzeyi yaradılır.  

Türkiyədə dünyada analoqu olmayan yeraltı təbiət muzeyi yaradılır.
Moderator.az bu haqda  Rusiya mediasına istinadla xəbər verir.
Muzey ölkənin mədəni, tarixi və təbii turizm mərkəzlərindən biri – Kapadokiya ərazisində qurulur. Muzeyin tikintisinə Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tenderin nəticələri elan edildikdən sonra – 2018-ci ilin yanvar ayında başlanıb. Muzeydə etnoqrafik və tematik ekspozisiyalar olacaq. Ziyarətçilər Anadolunun “keçmişinə səyahət” edə biləcəklər. Muzeyin açıq sahəsi 50 min kvadratmetr, bağlı sahəsi isə 7 min kvadratmetrdir.  Muzey Göreme milli parkı, Paşabağ vadisi, Zelva açık hava müzeyi ve Uçhisar qalası kimi  Kapadokiyanın ən çox ziyarət edilən yerlərindən cəmi 15 dəqiqəlik məsafədə yerləşir.
Nevşehir əyalət  muzeyinin direktoru Murad Gülöz muzeyin Türkiyənin bu bölgəsinə gələn turist axınını artacağını bildirib. “Əminəm ki, muzey Türkiyədəki ən məşhur yerlərin siyahısına daxil olacaq. Onun açılışı 2019-cu ilə planlaşdırılır. Muzeyin dünyada analoqu olmayacaq “ –deyə  M.Gülöz vurğulayıb.
Müstəqil.Az

Share: