Füzulidə ermənilərin atıb qaçdığı 20-yə yaxın raket aşkarlandı

Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində raketlər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-yə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA-nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdı.

 

 

Müstəqil.Az

Share: