43 yaşlı kişi də dəm qazının qurbanı oldu – Şamaxıda

Şamaxı sakini dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.

Share: