28 il əvvəl itirdiyi linza gözündən çıxdı – İNANILMAZ…

Şotlandiyada ağıllara durğunluq verən bir hadisə baş verib. Gözü ilə bağlı problem yaşayan 42 yaşlı qadının gözündən 28 il əvvəl itirdiyini güman etdiyi linza çıxarılıb.
Moderator.az xəbər verir ki. gözündə şişmə və görmə itkisi şikayəti ilə xəstəxanaya müraciət edən qadının göz qapağında kista olduğu düşünülərək cərrahiyyə əməliyyatı keçiriləcəyi bildirilib.
Əməliyyat zamanı qadının gözündən çıxarılan şey həkimləri də təəccübləndirib. Göz qapağının yuxarı hissəsindən zərər görmüş bir linza çıxarılan qadın  bir anda 28 il əvvələ geri qayıdıb.
İllər əvvəl “badminton” oynadığı vaxt gözünə top vuran qadın uzun müddət ağrı yaşadığını və linzanın gözündən düşərək itdiyini düşündüyünü bildirib.

Share: