“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi

17 iyul 2026-cı il tarixində  “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyəsi çərçivəsində ilk tədbirini keçirib.

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi

“DSD” İB-nin analitik-informasiya bölümündən Müstəqil.az-a verilən məlumata götə Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)  Dəniz Nəqliyyat Donanması (DND) idarəsinin akt zalında baş tutub. Tədbirdə torpaqlarımızın azadlığı uərunda canlarında keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

DND-nın şəhid dənizçi ailələri, müharibə iştirakçıları və əməkdaşlarının iştirak etdiyi tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, deputat Vüqar Rəhimzadə, AYB-nin üzvü, “Dünya” TV-nin layihə rəhbəri, şair, Prezident təqaüdçüsü Şərafəddin İlkin, ekspert Fuad Hüseynzadə, eləcə də  ASCO-nun və DND-nin rəhbərliyi də iştirak edib.

Tədbiri giriş sözü ilə “DSD” İB-nin idarə heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı, şair Faiq Balabəyli açaraq, qonaqlara və dənizçi şəhid ailələri, müharibə iştirakçıları, dənizçi əməkdaşlara layihənin mahiyyəti haqda məlumat verib.

Tədbirdə iştirak edən Millət vəkili Vüqar Rəhimzadə, şair Şərafəddin İlkin, ekspertlər “DSD” İB-nin həyata keçirdiyi layihənin dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına yönəlik diqqətin, qayğının, hər hansı problemlərin həlli istiqamətində apardığı siyasətin bariz nümunəsi olduğunu bildiriblər.

Tədbir iştirakçıları – ASCO-nun sədr müavini Elvin Cəfərov, Sosial məsələlər üzrə departamentinin rəhbəri İlqar Oruclu,  Dəniz Nəqliyyatı Donanmasının rəisinin birinci müavini Elman Cavadov, Donanmanın baş mühəndisi Mikayıl Osmanov çıxışlarında dənizçi şəhid ailələri və müharibə iştirakçılarına yənəlik dövlət siyasətinin tərkib hissəsi olaraq ASCO-nun davamlı olaraq apardığı siyasətdən bəhs etdilər.

 “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi layihə çərçivəsində gerçəkləşən layihəsini alqışladılar.

Dənizçi şəhid ailələri adından söz alan, şəhid Əliyev Elşən Hacıbaba oğlunun anası Flora Hüseynova, dənizçi şəhid Yaşar Səfərovun qızı Sevda Səfərova, Şəhid xanımı Rəhilə Quliyeva, müharibə iştirakçıları Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, ASKO-ya , DSD İB-nə təşəkkürlərini bildirdilər. Təklif və arzularını çatdırdılar.

Xatırladaq ki, “Dənizçi şəhid ailələri ilə iş” layihəsi  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşir.

Tədbirin sonunda layihə rəhbəri onu da vurğuladı ki, “Dənizçi şəhid ailələri ilə iş” adlanan layihədə dənizçi şəhid ailələrinin sosial, mədəni və hüquqi baxımdan maariflənməsi üçün fəaliyyət planına daxil olan işlər nəzərdə tutulan 4 tədbirin birincisində olduğu kimi digərləri də uğurla davam etdiriləcək, mütəxəssis ekspert rəyləri dinlənəcək, dövlətimizin şəhod ailələri və müharibə iştirakçılarının sosial rifahı naminə gördükləri işlərlə bağlı məlumatlar çatdırılacaq.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib, hədiyyələr verilib

Tural Balabəyli,

“DSD” İB-nin layihə üzrə analitik-informasiya bölümünün rəhbəri

 

 

Share: