Cənub bölgəsində vergi əməkdaşlarının “fəaliyyətində” yeni faktlar

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, cənub bölgəsindən olan sahibkarların vergi müfəttişlərindən Müstəqil.Az xəbər saytının redaksiyasına ünvanladığı şikayət məktubu əsasında jurnalist araşdırması davam edir.

Təkrar diqqətə çatdıraq ki, Vergilər Nazirliyinin Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər İdarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də cənub bölgəsində digər vergi müfəttişlərinin “fəaliyyəti” sahibkarları ciddi narahat etməkdə, hüquqlarının pozulduğu qənaətindədirlər.

Sui-istifadə halları

Ötən yazıda (http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/) şikayətçilər ölkə başçısının iş adamlarına yaratdığı şəraitə rəğmən bəzi dövlət qurumu və nazirliklərin prezidentin gördüyü işlərə kölgə salmaqla məşğul olduqları diqqətə çatdırılmışdı. Onların üzərlərinə düşən vəzifəni icra etmək əvəzinə sui-istifadə hallarına yol verdikləri, bütün gücləri ilə şəxsi maraqlarının təmin olunmasına çalışdıqları xatırladılıb.

O da qeyd olunur ki, şikayət məktubunda ölkə başçısı, eləcə də vergilər nazirindən dəstək istənilib, saytımız vasitəsi ilə Mikayıl Cabbarovdan rəhbəri olduğu quruma ünvanladıqları müraciətlərinin aqibətinin araşdırlması xahiş olunub.

Hər gün yeni məlumatlar

Maraqlıdır, Müstəqil.Az-ın araşdırması davam etdikcə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində baş verənlər haqda hər gün yeni məlumatlar əldə olunur. Sahibkarlar və onlara yaxın adamlar uzun zaman başlarına gtirilən müsibətin şokundan qurtula bilmədiklərini deyirlər.

“Düzdür, belə götürəndə biz dövlətə daha çox vergi ödəməliyik. Lakin vergi müfəttişləri bizi bilərəkdən yanlış yola dəvət edir. Vergi adı ilə bizdən alınananlar dövlətin büdcəsinə getsə daha yaxşı olardı. Qərəzli şəkildə il ərzində iki, bəzən isə daha çox yoxlamalar təşkil olunur”.

Sənədlərdəki fərqli rəqəmlər

Müstəqil.az-a bu günlərdə daxil olan digər məlumatda Bakı-Astara şossesinin Masallı rayonu Alvadı kənd ərazisində yerləşən “Gənclik” kafesi və şadlıq evində də qanun pozuntularından bəhs olunur. Mənbə gündəlik dövriyyəsi 1500-2000 manat arası olduğu halda sənədlərdə tam fərqli rəqəmlər göstərilir, kassadan gizlədilmələr olur. Nəticədə də sahibkarlar vergidən yayınmaqla qazanc əldə etmiş olurlar. Mənbə bildirir ki, Masallı rayonundakı İstisu İstirahət Mərkəzində fəaliyyət göstərən Yay İstirahət Mərkəzinin restoranları və katejlərində yay mövsümündə etdikləri alverin və dövriyəyə daxil olan məbləğin tək aylıq ödənişləri büdcəyə ödənilir. Onun sözlərinə görə, əslində ortalıqda böyük məbləğlərin “əriməsi”ndən  söz gedir. İşçilərin 80 faizinin əmək müqaviləsi yoxdur. Burada və regionun digər məşhur istirahət və ticarət mərkəzlərində gizlin yoxlamaların aparılması artıq adi hala çevrilib. Mənbə sahibkarlardan aldadılaraq alınan pulların  idərənin birinci müavini Bağırov Namiqin, regional şöbənin rəisi Seyranın(soy adı qeyd olunmyıb – red.), İdarənin rəhbəri Ədalət Fərəcovun  və bölmə rəhbəri Bəhruz Heydərovun təşkilatçılığı, göstərişi ilə alınmasını iddia edir.

Sahibkarlarla “görüş”

6 saylı Ərazi Vergilər İdarəsin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri Əliyev Valeh Yaşar oğlunun da adı ötən yazılarda dəfələrlə qeyd olunub. Saytımıza sızdırılan məlumatda deyilir ki, Əkiyev Yaşar sahibkarlarla “görüşə”  işçilərinin danışıqları apardıqdan sonra özü gedir və gizlin məbləğ müəyyənləşdirilir, şəxsən özü alır. İstədiyi, yaxud tərəflərin razılaşdırdığı məbləğ alındıqdan sonra deyir ki, 1 il sənə yoxlama açılmayacaq. Amma heç də dediyi sözün üstündə durmur.

Keçmiş nazir Fazil Məmmədovun kadrı, ƏVİ-nin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri Əliyev Valeh Yaşar oğlu əslində idarədə oturur. Əraziyə girməsini görməsinlər deyə onu sahibkarlardan bir növ, gizlədirlər. O, öz sahəsinin “peşəkarı” olduğu üçün kimdən nə alınması haqda Ədalət Fərəcova məruzə edir. Vaxtı ilə sahibkarlardan “çöldən-çölə” , yəni qeyri-qanuni olaraq vergi ödəyicisi kimi aldıqlarını Ədalət Fərəcova deyir. Bununla da, rəhbərliyin xüsusi diqqətini və rəğbətini qazanmaq üçün sahibkarlara yeni – ikinci dəfə qərəzli yoxlamalar göndərdir və onlardan yenə də vergi ödənişi tələb olunur. Vergi müfəttişlərini də sahibkarlarla üz-üzə qoyan Valeh haqda söz-söhbətlər də gəzir ki, onu sanki ev dustağı ediblər. Hal-hazırda kabinetdə oturub “qara-qura” işlərin sxemini çəkir, planını qurur.

Biləsuvarlı iş adamlarına da ədalətsizlik

Belə bir hal biləsuvarlı iş adamı Bədəlov Vahid Həmidulla oğlundan da yan keçməyib. Mənbə bildirir ki, sahibkar  tikinti matrealları ilə məşğul olur. Onun obyektində 2017-ci ildə iki dəfə yoxlama olub. İlk dəfə 8500 manat ərazi müfəttişinə verilib. Sonra isə iki qardaş obyekti yarı bölüb və hər birinin öz adına  VÖİN açılıb, müəssisə iki yerə bölünüb. Bu dəfə Vahidin qardaşı Bədəlov İltizamın adına yoxlama açılıb. Nəticə də isə  ikinci dəfə Vergilər Nazirliyinin mal qalığına açılan yoxlamaya görə müvafiq olaraq 14 və 16 min manat pul köçürülüb.

Biləsuvarda daha bir tikinti matreallarının alqı-satqısı ilə məşğul olan İsayev Azər Mirəzim oğlu da eyni vəziyyətlə üzləşib. Mənbə onun tikinti matrealları obyektində gündəlik dövriyyəsi 4-5 min manat civarında olduğunu deyir. 2017-ci ilə ona açılan mal qalığı ilə bağlı yoxlamada obyektində sayılan malların miqdarı 500 min manatdan çox aşkarlanıb.Danışıqlar “müsbət” nəticə verib. Sahibkarın təxminən 25-28 min manat artıq ödəməsi silinib. “Çöldən- çölə” isə 10 min manat rəis əvəzi Yucurov Vəlahəddinin otağında regional şöbənin rəisi Seyrana verib. Mənbə isə bildirir ki, bu alış-veriş  birinci müavin Namiq Bağırov və Valeh Əliyevin iştirakı ilə olub.

Ödənişin aşağa endirilməsi

Masallı bazarının ətrafında fəaliyyət göstərən obyetlərdən 6 saylı ƏVİ -nin koordinasiya şöbəsinin rəhbəri Babayev Əli, atası, həmin  idarənin keçmiş vergi işçisi Elşadın himayəsi altında bütün sahibkarlardan yığılan qeyri-qanuni pullara nəzarət edir. Eyni zamanda fəaliyyətdə olan vergi ödəyicilərinin dövriyyəsini azaltmaqla ödənişin minimum aşağa endirilməsinin və hesabatlarının verirlməsini edir. Kəndlərdə fəaaliyyət göstərən Xocavar  və digər kənd evlərində fəaliyyət göstərən qeyri-qanunu mebel istehsal edənlərə Elşad oğlu Əli və kiçik sahibkarlığın işçisi İbrahimov Bulud nəzarət edir.

Masallı rayonun mərkəzində və kəndlərində lisensiyasız fəaliyyət göstərən mebel istehsalçılarının,  diş həkimlərinin qeydiyyatsız fəaliyyət göstərməsi və illik ödənişlərinin “çöldən-çölə” Əli ELşad oğlu və Bulud yığır. Bütün ərazi rayonlarında bu hal var və hər birində də eyni olay təkrar olunur. Hər rayonun da ərazi müfəttişləri bunu rəhbərinin göstərişi ilə həyat keçirir. Mənbə vergi müfəttişlərinin bezdiyini də deyir. Onlar uzun müddət tanıdıqları, həmkəndliləri, qohumları olan sahibkarlala, fermerlərlə aralarında syuqkuğun yarandığını dilə gətiurirlər. Bu cür vergi toplanışına bir qədər qanun çərçivəsində yanaşan müfəttişlər isə sahibkarlara hədə-qorxu gəlməklə şərlənir və işdən kənərı\laşdırırlır, haqqlarında cinayət işləriu açdırılır. Bu həm yuxarıda adı çəkilən cütlüyüm guya ki düzgün işləməsinə, həm də onların maraqlarına mane olanların kənarlaşdırılmasına hesablanıb ki, artıq anaoloji hal 6 saylı ƏVİ də təkrar olunmadadır.(növbəti yazıda o qurbanlardan bəhs olunacaq-red)

İran bazarı

Bundan başqa, Cəlilabadda Cavadxan küçəsində yerləşən məşhurİran bazarında 200-ə yaxın obyektin də qeydiyyatsız faliyyət göstərməsi haqda redksiyaya daxil olan məlumatlarda xsusi yer tutur. Himayədarları  BDM-şi, bölmə rəhbəri Rauf İsgəndərov Həsənağa oğlu, bölmə rəhbəri Heydərov Bəhruz və adı çəkilən obyektin müfəttişəri İlqar Niftəliyev və Şahbazov Elçin Cavad oğludunun olduğu göstərilir. Mənbə bildirir ki, “Rizvan” şirkətinin sahibi dəfələrlə sahibkarlara qeydiyyata durmasını tələb etsə də, vergi müfəttişləri buna mane olub. İş adamlarından “çöldən-çölə” vergi pulları alınır. Guya ki, bu pullar nazirliyin müvafiq hesabına ödənilir.

Astara rayonu İran bazarında da anoloji hadisə təkrar olunmaqda: Burada fəaliyyət göstərən qeydiyyatsız obyektlərin aylıqları və illiklərinin “çöldən-çölə” yığımına müfəttiş Xəyyam Rufallaye rəhbrlik edir. 6 saylı ƏVİ-nin Regional bölməsinin işçisi Bəxtityar adlı müfəttiş isə bu “yığımın” icraçısı kimi xaralterizə olunur.. Əslində Bəxtiyarın kurasiyasına aid olmayan bu sahəyə baxış bölmə rəhbəri Bəhruz Heydərovun tapşırığı ilə qoşulub.

Astarada bazar ətrafında fəaliyyət göstərən obyektlər və rayon mərkəzinin  digər ərzilərində və kəndlərdə fəaliyyət göstərən obyektlərin büdcədən yayınmasına şəraiti də bu müfəttişlər nəzarət edir.

860 qərar

2016-17-ci illərdə Cənub bölgəsində fəaliyyət göstərən iş adamlarının obyektlərində işləmək üçün 860 qərar açılıb. Yoxlama açılıb, işə götürən və işçi arasında olan müqavilənin 90 faizindən çoxundan vergi  “çöldən-çölə” alınb ki, heç olmasa bir nəfərin adına büdcəyə ödəniş edilməyib, deyir mənbə.

Növbəti sayımızda Sədərək və Binə ticarət mərkəzlərində fəaliyyət göstərən cənub bölgəsinin iş adamlarından qeyri-qanuni olaraq alınan məbləğlərdən bəhs olunacaq.

Ötgün

P.S Araşdırmamız davam edir. Müstəqil.Az reportajda adı çəkilən şəxslərin də açıqlamalarını işiqlandırmağa hazırdır.

Share: