14 gün DAVAM EDƏCƏK qaranlıq həyata 2 gün qaldı…

Noyabrın 15-də Venera və Yupiter planetləri maksimal dərəcədə yaxınlaşacaq.

Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) əməkdaşı Çarlz Boden bildirib.

O qeyd edib ki, Yer kürəsinin sakinləri bu hadisəni müşahidə edə biləcəklər. Astronomlar bunu unikal mənzərə adlandırırlar.

NASA əməkdaşı söyləyib ki, Yupiter və Veneranın yaxınlaşması planetdə faciəli qaranlığa gətirib çıxaracaq. Bu hadisənin iki həftə davam edəcəyi bildirilir.

“Hər şeyi unutduran qaranlığa hazırlaşın. Bu, artıq noyabrın 15-də başlanacaq”, – Amerika eksperti xəbərdarlıq edib.

Ancaq NASA-nın özündə bu xəbərin həqiqətəuyğun olmadığını bildiriblər. Lakin apokalipsisin bəzi tərəfdarları şam, yanacaq və başqa şeyləri alırlar. Onların sözlərinə görə, bunlar qaranlıqda həyatı yüngülləşdirməyə kömək edəcək.

Müstəqil.Az

Share: