Ərdoğan siqnalı verdi: 3-cü hərəkat başlandı – ABŞ-ın xəyalları bu əməliyyatla PUÇ OLACAQ

“Zeytun budağı” hərəkatı ilə Afrinin terrorçulardan təmizlənməsindən sonra Təl-Rıfat əməliyyatları üçün hazırlıqlara başlanılıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada hərəkatın ilk siqnalını verib:

“Fərat Qalxanı ilə ilk zərbəni endirdik. Ardınca “Zeytun budağı” ilə terror koridorunun Aralıq dənizinə bağlanma cəhdini boşa çıxardıq. Qısa müddətdə Təl-Rıfatı da nəzarətimiz altına alıb hərəkatın məqsədinə çatacağıq”.

Afrin əməliyyatına başlamadan öncə Türkiyə Silahlı Qüvvələri həm yerli qaynaqlar, həm də kəşfiyyatdan aldığı son bilglilərlə hərəkət edirdi. Təl-Fırat əməliyyatında da eyni metoddan istifadə edilir.

ASO-dan dəstək

Azad Suriya Ordusu qruplarından Sultan Murad Tüməninin komandiri Fəhim İsa da yeni əməliyyat üçün hazır olduqlarını bildirib:

“Təl-Rıfat əməliyyatı üçün 10 000 nəfər hazırdır. Əməliyyatın asan olacağını təxmin edirəm. Hava şəraiti də uyğundur. Lazım gələrsə, eyni anda Münbiçə də hücum etmək imkanımız var”.

Təl-Rıfat haradır?

“Zeytun budağı” və “Fərat Qalxanı” hərəkatları ilə yaradılan təhlükəsiz bölgə arasında yerləşən Təl-Rıfat Afrin ilə Əl-Babı bir-birinə kilidləyən kritik nöqtədir. Bölgənin cənubu rejim qüvvələrinin əlindədir. Cənub tərəf xaric olmaqla, Təl-Rıfatın bütün əhatəsi türk əsgərləri tərəfindən mühasirəyə alınıb. Bu bölgənin alınması ilə “Zeytun budağı” və “Fərat Qalxanı” birləşmiş olacaq. Türkiyənin bu əməliyyatı həyata keçirəcəyi təqdirində ABŞ-ın şərqdə qurmaq istədiyi “kürd terror koridoru” ağır zərbə alacaq.


Share: