Əməkdar müəllim prezidentə müraciət ünvanladı…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
Sürəti:Dövlət Təhlükəsizlik xidmətinin rəisi cənab Əli Nağıyevə

Çox hörmətli Prezident mən bir daha yəqin etdim ki,ulu öndər Heydər Əliyevi və onun layiqli davamçısı Sizi İlham Əliyevi dəstəkləyənlərə və sevənlərə bu ölkədə yer yoxdur.Bu isə təhlükəli ağlasığmaz və qorxulu bir vəziyyətdir.Ona görə ki,sizin tənqid etdiyiniz sorus un nümayəndələri kimlərinsə əliylə hakimiyyətdə özlərinə mövqe tutmuş və sizin dediyiniz kimi ölkədə anti Azərbaycan təxribatı aparırlar.Bunun parlaq nümunəsi Gəncə şəhər təhsil idarəsinin müdiri Sırada xidmət edən Anar Qədiməliyev bütün çirkinliklərlə qanunsuzluqlarla öz başınalıqlarla rüşvətxorluqla yanaşı indidə məktəb direktorlarına göstəriş verib ki,olmuya bilmiyə YAP-ın qəzetinə abunə olasınız.YAPA-qarşı əks təxribat aparır.Bu məsələni Gəncə şəhər rəhbərliyi və YAP-rəhbərliyidə bilir.Mən özüm veteran YAP-çı kimi məhs bu işin qurbanı olub işimdən kənarlaşdırılmışam. Hətta Əməkdar müəllim kimi ictimai xadim kimi şair kimi mənim sözlərimə məhəl qoyan olmayıb .Hələ bunun bu hərəkətlərinə Təhsil Naziri Emin Əmrullayev bilərəkdən göz yumur hələ ona haqq qazandırır .Çünki tələbə yoldaşı olublar .İndi biz nəyi gözləyirik ?Gözləyirik ki, bu dövləti dağıdıb bir o qalıbki, onun axırına çıxsınlar .Bu isə yol verilməzdir .Cənab prezident Sizdən xaiş edirəm ki,hörmətli Əli Nağıyev edə göstəriş verəsiniz ki,nə qədər ki, gec deyil bu barədə qətiyyətli tədbirlər görəsiniz .Mən öz düşüncəmə görə ulu Öndərin ruhu naminə bunların bu çirkin oyununa göz yuma bilmərəm .

Hörmətlə: Həsənov İlham Musaoğlu
Əməkdar müəllim ,şair ictimai xadim ,prezident mükafatçısı 1995-ci ildən YAP-ın üzvü ,Gəncə şəhər veteranlar şurasının üzvü
Əlaqə nöm:050-333-40-27

Share: