Ziya Məmmədova vurulan yeni zərbə -Foto (özəl)

ZQAN HOLDİNQİN ƏSAS BİNASI SÖKÜLÜR 
Keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olunan, Rəşid Behbudov küçəsində yerləşən çox mərtəbəli ofis sürətlə sökülür.

Müstəqil.Az xəbər verir ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi rayon prokurorluğunun yaxınlığında, Bakıxnov küçəsi 42 ünvanla paralel olaraq yerləşən müasir tələblərə cavab verən çox mərtəbəli binanın söküntü işlərinə üç gündür ki, start verilib.


Söküntü işi 3 növbəli iş qrafiki ilə aparılır. Xatırladaq ki, bina özəlliyi ilə fərqlənirdi. Binanın banında eyni anda iki helokepterin enə biləcəyi meydan vardı. Söküntüyə səbəbbinanın damındakı  helekopter meydanın olmasını da deyənlər tapılsa da, bunu inkar edənlər daha çoxdur. Əsas səbəb, ölkəmizdə ənənəvi olaraq vəzifəsindən geri alınmış məmurların  əmlaklarına əl basılmasının adi hal olduğunu dilə gətirənlər də az deyil.

Əməkdaşımıza etibarlı mənbədən verilən məlumata görə  2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi ZQAN holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlərin ofisləri yerləşirdi.

Bundan əlavə ayrı-ayrı holdinq və şirkətlər də icarə ilə burada ünvanlanmışdı.


Müstəqil.Az-ın əməkdaçı söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı ilə ekskuliziv söhbət edib.
Binanın təciki və sürətlə sökülməsi tapşırığını aladığını deyən iş icraçısı, başqa heç nə deyə bilməyəcəyini deyib. Əlavə olaraq, by ilk dəfə deyil ki, qələmi sındırılanların əmlaklarını, bina və ofislərini sökürük, deyib.

Müstəqil.Az

Share: