Zelenskidən Gürcüstandakı etirazçılara təşəkkür — Video

“Gürcüstanın küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür edirəm. Tbilisidə səslənən dövlət himnimizə görə təşəkkür edirəm. Bu, Ukraynaya olan hörmətdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsindəki video müraciətində bildirib.

O, ukraynalıların Gürcüstana demokratik uğurlar və Avropaya inteqrasiya məsələsində irəliləyiş arzuladıqlarını deyib:

“Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımıza demokratik uğurlar, Avropa uğurları arzulamasın”.


Share: