“Zelenski G7 sammitində onlayn iştirak edəcək”

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 19-da Xirosimada başlayacaq Yeddilik Qrupunun (G7) sammitində onlayn olaraq iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik vurğulayır ki, Zelenski G7 ölkələrinin liderləri ilə müzakirə aparmağı planlaşdırır.

Nəşr məlumatına görə, Kiyevə elan olunmamış səfər çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kişida Zelenski ilə danışıqlar zamanı onu üç günlük sammitdə onlayn iştiraka dəvət edib.

Qeyd edək ki, daha öncə Ukrayna liderinin ofisinin rəhbərinin müavini İqor Jovkva Zelenskinin mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində şəxsən iştirak edə biləcəyini bildirib.


Share: