Zelenski də Ərdoğanı təbrik etdi

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərində qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edirəm. Ümidim torpaqlarımızın mənafeyi naminə, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə qarşılıqlı əməkdaşlığı gücləndirməkdir”, -deyə Zelenski vurğulayıb.


Share: