Zelenskaya bu ölkəyə səfər etmək istəyir

Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskaya gələn il Böyük Britaniyaya səfər etmək arzusunda olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

Ukraynanın bu il qazandığı “Avroviziya” mahnı müsabiqəsi üçün Böyük Britaniyaya getməyə ümid edib-etmədiyi ilə bağlı suala Zelenskaya “məmnuniyyətlə”cavabını verib.

Qeyd edık ki, “Avroviziya” 2023-cü ildə Böyük Britaniyada keçiriləcək və Ukrayna müsabiqənin 2022-nin qalibi olan ölkə kimi gələn il müsabiqənin finalına çıxacaq. “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukrayna ərazisindən başqa ölkəyə keçirilməsi barədə qərar tədbirin təşkilatçıları tərəfindən təhlükəsizlik baxımından qəbul edilib.


Share: