Zaqatalada transformator yanıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb

Zaqatalada transformator yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Yuxarı Tala yaşayış məntəqəsinin Qaraxoba adlanan məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Transformatorun yanması səbəbindən əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Share: