Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Saat 21:00

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi olub.

-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Faldar kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Bayram Məhəmməd oğlu Yusubovu minik avtomobili vurub.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share: