Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ-21015 və VAZ-2109 markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı VAZ-21015 markalı avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və VAZ-2109-un sürücüsü, 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share: