Zaqatalada mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

Zaqatalada “Mercedes Vito” mikoravtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər rayon sakini aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralılar müayinə edilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: