Zaqatalada kömür sexində yanğın olub

Zaqatalada kömür istehsalı sexində yanğın olub.

-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisəsi rayonun Aşağı Tala kəndində, rayon sakini Toğrul Yunus oğlu Balayevə məxsus, ümumi sahəsi 286 kv/m olan sexdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexin 36 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ərazidə olan 3 ton kömürün 1,5 tonu yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Share: