Zaqatalada 15 otaqlı ev yandı

Zaqatalada 15 otaqlı ev yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın Zaqatala rayonu, Muğanlı kənd sakini 1957-ci il təvəllüdlü İbrahimov İbrahim Həsən oğluna məxsus yaşayış evində baş verib.

Yanğın yerinə Zaqatala rayon YMH-dən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 480 kv.m, 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otağın tavan hissəsi tamamilə yanıb. Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov


Share: