Zaporojye AES fəaliyyətini dayandırdı

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. 

Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.


Share: