Zamirə Hacıyevanın məhkəmə ifadəsi üzə çıxdı: “Bu, ərimin…” (FOTO)

Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün Böyük Britaniyada mühakimə edilən Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.
Müstəqil.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilən, iki gün sora ev dustaqlığına buraxılan Zamirə Hacıyeva məhkəməyə şahid qismində verdiyi ifadəsində bunları deyib:
“Ərim 2009-cu ildə əhəmiyyətli şəxslərdən biri idi. 1997-ci ildə evləndiyimizdə çox yaxşı işlər görmüşdü və 1990-cı illərin əvvəllərindən bu yana böyük sərmayə və sərvət toplayıb. Əmlakın satın alınmasına gəlincə, bu, ərimin öhdəliyi idi. Mənim əmlakım, ailə evimizin satın alınması üçün yerinə yetirilən ödənişlərdən, ödənişin mənbəyindən və ya hər hansı digər detallarından xəbərim yoxdur”.
Qeyd edək ki, hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Azərbaycana ekstradisiyası ilə bağlı müzakirələr gedir.
“Dailymail” nəşri eyni zamanda, Cahangir Hacıyevin qızı Leyla və əri Anar Mahmudovun Londondakı evinin fotosunu yayıb:

Share: