Zaman göstərdi ki, Vurğun Əyyub olmaq çox çətindir

Vətən adına öyündüyümüz, güvəndiyimiz daha bir kişini-Vurğun Əyyubu itirmək təhlükəsi ilə üz-üzəyik.

O, Vurğun Əyyubu ki, o olmasa aza bilərdik, haqqı nahaqqa yoza bilərdik. Elə lap son prosesləri götürək, ondan əvvəlki prosesləri götürək. Zaman göstərdi ki, Vurğun Əyyub olmaq çox çətindir-çoox.

Adam TQDK-da sədr də olar, Müsavatda katib də olar, baş katib də olar, Türkiyədə yox e lap gedib-gedib Amerkada bərk gedən unversitetlərdə müəllim də işləyər, ancaq Vurğun Əyyub ola bilməz.
Ədəbiyyatda da, siyasətdə də müəllimiydi. Dürüstlük cisminə hakim kəsilmişdi…
Gəlib elə yerə çatdıq adam az qala desin ki, daha bizim heç kimimiz qalmadı.
Vurğun bəy dünyaya Müsavatçı kimi gəlmişdi. Müsavatda katiblik Ona çox yaraşırdı. O da katibliyə sambal verirdi.
Vurğun bəy katib olanda Müsavat da gözəl görünürdü, siyasət də. Müsavatdan Məhəmməd Əmin Rəsulzadənin iysi gəlirdi. Vurğun bəy dolaşıq siyasətlər üzündən dünya dolanması üçün Qarsa getməyə məhkum olanda şaxı sındı-Müsavatın da Vurğun Əyyubun da. Haşa mübarək üzünnən, sən demə cinin canı şüşədə olan kimi Vurğun bəylə Müsavat da belə bağlıymış bir-birinə.
Abbas Tufarqanlıdan üzü bəri Məmməd Araza, Məmməd İsmayıla, Məmməd İlqara… kimi bütün şairlərdən seçib şerlər deyərdi.
Vurğun müəllim bu xalqı özü doğmuşdu, sanki. Bu xalqın ruhunun ölü nöqtələrini tərpədən diri yerlərini biləniydi. Xalqın sazını da bilirdi, muğamını da. Hələ gənclik illərindən Sabir Əlim in(Füzulişünas), Səlim Sinədəftərin məktəbində bişmişdi. Asif Ata ocağından qor götürmüşdü. Vurğun müəllim indiki siyasətçilər kimi böyük siyasət meydanına biznesinə, ingilis dili biliyinə(atası Əliş müəllim 7 dil bilirmiş), böyük qrantlarına, avropanın rusiyanın qaranlıq siyasi dairələri ilə əlaqələrə güvənib atılanlardan deyildi. Dost aldatmadı, könül qanatmadı, əqidə dəyişmədi, Vətən satmadı….Vurğun Əyyub. Meydana Bəy kimi girəndə müəllim kimi çıxdı, müəllim kimi girəndə Bəy kimi çıxdı Vurğun Əyyub.
İçimizə yeriyib, ruhumuza hopub Vurğun Əyyub. Daha doğrusu içimizdən çıxıb, ruhumuzdan doğulub Vurğun Əyyub. Biz Onda, O bizdə yaşayır. Biz Onda yenə də yaşayacıqmı, nə qədər yaşayacıq? Bilmirəm. Görklü Tanrının kərəminə sığımaqdan savayı nə gəlir əlimizdən. Ancaq O bizdə həmişə yaşayacaq…
Həmid Ormanlı
Share: