Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və “Kəlağayı Ev Muzeyinin” birgə təşkilatçılığı ilə tədbir…

2023-cü il 28 apreldə, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ilinin tamam olması münasibətilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Dədə Ələsgər Ocağı İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin sədri Güllü Eldar Tomarlı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, araşdırmaçı-yazar Vaqif Osmanov, Sayad Hüseynov, aşıq Gözəl Kəlbəcərli, Tərxanım Museyibqızı, Ailələrə Dayaq Xeyriyyə İctimai Birliyinin sədri Natəvan Əliyeva, rəssam Gülnarə Məmmədova, Maya Ömərova, Aydın Bulud, Vüsal Sehranoğlu çıxış edərək bildirdilər ki, Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Share: