Zərdüşt İbrahim peyğəmbərdir – Alimdən sensasion iddia

Zərdüşt elə İbrahim peyğəmbərin özüdür.

Müstəqil.Az xəbər verir ki, bu maraqlı və sensasiyalı fikirləri məşhur astroloq və alim Firudin Qurbansoy Səbuhi Rəhimlinin “Avesta gerçəyi” kitabının təqdimatında bildirib.

F.Qurbansoy qeyd edib ki, Zərdüştün İbrahim peyğəmbər olmasını Qurani-Kərimdəki ayə də təsdiqləyir:

“Zərdüşt peyğəmbər 77 yaş 40 günlüyündə İrandan, İran şahlarından acıq edir. Çünki İran şahları Avestaya atəşpərəstliyi salmışdılar. Zərdüştlüklə atəşpərəstlik tamamilə ayrı-ayrı şeylərdir. Düzdür, Zərdüştün kitabında atəşə müraciətlər olub, ancaq ona bir tanrı kimi tapınmaq olmayıb.

Bunu mitraistlər, yəni köhnə əqidəli İran şahları Avestaya daxil etdiyi üçün Zərdüşt küsdü və oğlunu, atasını, sonuncu arvadını götürüb getdi. Sonradan söz yayıldı ki, guya o Savalanda vəfat edib və qəbri də oradadır.

Ancaq Zərdüşt Babilistana gedir və orada onun adını dəyişib İbrahim qoyurlar. İbrahim peyğəmbər dediyimiz həmin o şəxs məhz Zərdüştdür. Qurani-Kərimdə də bunu təsdiqləyən ayə var və orada belə deyilir: “Biz ona əvvəl də peyğəmbərlik vermişdik”.

Nigar İxtiyarqızı

Share: