Zərərçəkən sahibkarlara təklif edilən ticarət obyektləri açıqlandı

İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərtilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin ticarət obyektləri aşağıdaklardır:

 

Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kvadratmetr arasında dəyişən 30 mağaza – əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111),

 

Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kvadratmetr arasında dəyişən 50 mağaza – əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555),

“Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kvadratmetr olan 20 mağaza və 200 kvadratmetr olan 5 anbar – əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189), Qabil Nəhmədov (tel: 050 213 3368),

 

AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kvadratmetr olan qapalı sahə (20 kvadratmetr olmaqla bölgü aparıla bilər) – əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118),

 

S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kvadratmetr arasında dəyişən 50 mağaza – əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660).

 

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).

Share: